Bu gündən etibarən bir neçə ildən bəri cizma-qara etdiyim "linqvistik düşüncələr"imi bu bloqda paylaşmağa qərar verdim. Öncə bunları Facebook səhifəmda paylaşırdım. Lakin orada publika geniş olmadığı üçün bu qərarı verdim. Azərbaycan türkcəsi ilə əlaqəli olan və bir çox dilləri əhatə edən linqvsitik və etimoloji düşüncələrdir. Ümid edirəm oxuyuculara maraqlı olar.
İSTEFA
Ərəb dilində 'səs vermək' mənasını verən ifadənin
hərfi tərcüməsi 'vedrəsini quyuya atmaq'dır... Yaşam tərzinin dildə formalaşan
sözlərə təsiri silsiləsindən (burada: bədəvilərin səhrada susuzluğunu yatırtmaq
üçün tapdığı quyudan su çəkməsi = onun siyasi baxışlarına uyğun namizədə səs
verməsi). Hətta İSTEFA sözü də eyni məna daşımır... Ərəblərdə İSTEFA(اِصْطِفَاء) "seçim"
deməkdir (Mustafa adı ilə eyni kökdəndir). Peyğəmbərin adlarından biri də
Mustafa (مصطفى) (seçilmiş) idi.
Dilimizdəi
İSTEFA deyə qışqıranda əslində biz o rəhbərdən SEÇİM etsməsini tələb edirik
(ərəb dilindəki əsl mənasını nəzərə alsaq). Amma bir çox qərb dillərində bu tam
fərqlidir. Məsələn, fransız diində istefa sözünün ekvivalenti "la
démission" sözüdür. Latın köklü olan bu sözü parçaladıqda (DE - MISSION)
hərfən "missiyasından ayrılma" mənasını verir. Fransızlar İSTEFA
tələb etdikdə rəhbəri seçim qarşısında qoymur. Tamamamən getməsini tələb edir.
Alman diliində isə "der Rücktritt" sözü istifadə edilir. Bu sözü də
analiz etdikdə (Rück = geri, Tritt = addım) hərfən "geriyə addım"
mənası ilə qarşılaşırıq. Deyəsən almanlar rəhbərin getməsini deyil, "geriyə addım ataraq" səhvini düzəltməsindən və missiyasına davam
etməsindən söhbət getmirmi? Xalqların mentaliteti dillərinə heyrətamiz təsir
göstərib.