samedi 18 avril 2020

LİNQVİSTİK DÜŞÜNCƏLƏR

Bu gündən etibarən bir neçə ildən bəri cizma-qara etdiyim "linqvistik düşüncələr"imi bu bloqda paylaşmağa qərar verdim. Öncə bunları Facebook səhifəmda paylaşırdım. Lakin orada publika geniş olmadığı üçün bu qərarı verdim. Azərbaycan türkcəsi ilə əlaqəli olan və bir çox dilləri əhatə edən linqvsitik və etimoloji düşüncələrdir. Ümid edirəm oxuyuculara maraqlı olar.



İSTEFA
 
Ərəb dilində 'səs vermək' mənasını verən ifadənin hərfi tərcüməsi 'vedrəsini quyuya atmaq'dır... Yaşam tərzinin dildə formalaşan sözlərə təsiri silsiləsindən (burada: bədəvilərin səhrada susuzluğunu yatırtmaq üçün tapdığı quyudan su çəkməsi = onun siyasi baxışlarına uyğun namizədə səs verməsi). Hətta İSTEFA sözü də eyni məna daşımır... Ərəblərdə İSTEFA(اِصْطِفَاء) "seçim" deməkdir (Mustafa adı ilə eyni kökdəndir). Peyğəmbərin adlarından biri də Mustafa (مصطفى) (seçilmiş) idi.

Dilimizdəi İSTEFA deyə qışqıranda əslində biz o rəhbərdən SEÇİM etsməsini tələb edirik (ərəb dilindəki əsl mənasını nəzərə alsaq). Amma bir çox qərb dillərində bu tam fərqlidir. Məsələn, fransız diində istefa sözünün ekvivalenti "la démission" sözüdür. Latın köklü olan bu sözü parçaladıqda (DE - MISSION) hərfən "missiyasından ayrılma" mənasını verir. Fransızlar İSTEFA tələb etdikdə rəhbəri seçim qarşısında qoymur. Tamamamən getməsini tələb edir. Alman diliində isə "der Rücktritt" sözü istifadə edilir. Bu sözü də analiz etdikdə (Rück = geri, Tritt = addım) hərfən "geriyə addım" mənası ilə qarşılaşırıq. Deyəsən almanlar rəhbərin getməsini deyil, "geriyə addım ataraq" səhvini düzəltməsindən və missiyasına davam etməsindən söhbət getmirmi? Xalqların mentaliteti dillərinə heyrətamiz təsir göstərib.