Yeni bir sessiya açıram bloqumda.
Dillər, bu dillərdəki terminlər, mənaların bir dildən başqasına keçməsi zamanı dəyişikliyə uğraması ilə bağlı fikrlərimi bölüşməkdir məqsədim.
Dillər, bu dillərdəki terminlər, mənaların bir dildən başqasına keçməsi zamanı dəyişikliyə uğraması ilə bağlı fikrlərimi bölüşməkdir məqsədim.
Keçən dəfə Facebook-da İSTEFA sözü ilə bağlı müzakirə oldu dostlar arasında. Orda yazdıqlarımı birləşdirərək bloqa yerləşdirirəm.
----------
Ərəb dilində "səs vermək" mənasını verən ifadənin hərfi
tərcüməsi "vedrəsini quyuya atmaq"dır... Yaşam tərzinin dildə
formalaşan sözlərə təsiri silsiləsindən (burada: bədəvilərin səhrada
susuzluğunu yatırtmaq üçün tapdığı quyudan su çəkməsi = onun siyasi baxışlarına
uyğun namizədə səs verməsi).
Hətta İSTEFA sözü də eyni məna
daşımır...Ərəblərdə İSTEFA "seçim" deməkdir (Mustafa adı ilə eyni
kökdəndir). Peyğəmbərin adlarından biri də Mustafa (seçilmiş) idi.
Dilimizdəi İSTEFA deyə qışqıranda əslində
biz o rəhbərdən SEÇİM etsməsini tələb edirik (ərəb dilindəki əsl mənasını nəzərə
alsaq). Amma bir çox qərb dillərində bu tam fərqlidir. Məsələn,fransız diində
istefa sözünün ekvivalenti "la démission" sözüdür. Latın köklü olan
bu sözü parçaladıqda (DE - MISSIOIN) hərfən "missiyasından ayrılma" mənasını
verir. Fransızlar İSTEFA tələb etdikdə rəhbəri seçim qarşısında qoymur. Tamamamən
getməsini tələb edir. Alman diliində isə "der Rücktritt" sözü istifadə
edilir. Bu sözü də analiz etdikdə (Rück = geri, tritt = addım) hərfən
"geriyə addım" mənası ilə qarşılaşırıq. Deyəsən almanlar rəhbərin
getməsini deyil, "geriyə addım ataraq" səhvini düzəltməsindən və
missiyasına davam etməsindən söhbət getmirmi? Xalqların mentaliteti dillərinə
heyrətamiz təsir göstərib...
Strazburq
Strazburq