jeudi 4 avril 2013

Sinxron tərcümə dərsliyi

Hardasa iki illik fasilədən sonra yenidən cızmaqara etməyə qərar verdim. Bu həvəsin keçəri olmayacağına ümid edirəm. Düzü yazmağa vaxt olur amma tənbəllik canımı alıb. Bəlkə də "sandıq bloqu" olmasından qorxuram bu bloqumun...

Sinxron tərcümə missiyalarım üçün hava limanlarında, qatar vağzallarında və qatarlarda keçirdiyim vaxtı bu işə sərf edə bilərəm amma...

Azərbaycanda sinxron tərcümə sahəsində azərbaycan dilində dərsliklər demək olar ki yox dərəcəsindədir. Rus dilində SSRİ-dən qalma bəzi kitablar var amma onlar da rusca. Bu dərsliklər rus dilinə, onun strukturuna və mədəniyyərinə hasablanaraq yazılmış kitablardır. Bildiyim qədəri ilə də dilimizə çevrilməyiblər. Üstəlik gənc nəsl rus dilindən uzaq düşdüyü üçün bu kitabları oxuya bilmir.


Keçənlərdə sinxron tərcümə haqqında bir kitab oxuyurdum. Fransanın ən güclü və tanımış sinxron tərcüməçilərindən olan Daniça Seeskovitç və Marian Lederer tərəfindən yazılıb. Kitabda fransız, ingilis, alman və italyan dilindən misallar var... Bu kitabı dilimizə çevirməyə qərar verdim. Seleskovitç rəhmətlik olduğu üçün xanım Ledererə telefon açdım. Çox təəccübləndi bu təşəbbüsümə. Kitab inglis, çin, serb və digər dillərə çevrilib. Türk dilinə tərcümə edilməyib. Kitabın tərcüməsi üçün icazə verdi mənə. Kitabı Avropa İttifaqı nəşr etdiyi üçün onlarla da əlaqə saxladın və istəyimi bildirdim. Rəsmi müqavilə imzalandı. Yəni bu kitabın tərcüməsi məlikdir və heç kim bunu edə bilməz. Etsələr belə o tərcüməçi Lüksemburqdakı məhkəməyə "aparılacaq" (əslində gözəl sistemdir). Tərcüməçi hüquqları mənə verildi. Yaxında tərcüməyə başlayacam. Milad bayramında Parisdə xanım Lederer məni evində qonaq etdi. Sözü gedən kitabı da imzaladı. Üstəlik başqa bir kitabını da hədiyyə etdi mənə.


Marian Lederer

 Imzaladığı kitab

http://www.amazon.fr/Pedagogie-raisonnee-linterpr%C3%A9tation-2e-ed/dp/2864606402

Sonra kitabın ilk nəşrini ingiliscəyə çevirən həmkarımla da əlaqə saxladım. ABŞ-ın Kaliforniya ştatındakı Monterey Universitetinin sinxron tərcümə üzrə müəlliməsidir. (http://www.miis.edu/academics/programs/conferenceinterpretation). O da mənim də tərcümə edəcəyim ikinci nəşrin tərcüməsinə başlayır. Dedi ki, gəl "skayplaşaq" və tərcümə zamanı bir-birimizlə məsləhətləşək. Sözün düzü mənim o xanımın məsləhətlərinə ehtiyacım olacaq. Çünki tərcümə haqqında kitabı tərcümə etmək romanı tərcümə etməkdən daha çətindir. Həvəsim olsa bu haqda başqa bir vaxt yazaram (söz vermirəm!)


Kitabın ingilis dilinə tərcüməçisinin hədiyyəsi




Hələlik bu qədər...

Əsas məsələ kitab tərcümə olunduqdan sonra Azərbaycanda nəşr edilə bilməsidir.  Hər hansı bir universitet və ya nəşriyyat evi bu işdə yardımçı olsa sinxron tərcümə fakültəsinin tələbələrinin yetişməsinə kiçik bir töhvə vermiş olarar. Maraqlananlar abbasbeyli@gmail.com ünvanına yazıb mənimlə əlaqə saxlaya bilər.


Strazburq


1 commentaire:

  1. Salam, Elvin muellim.
    Men Sabina Safarli- Mehriban xanimin konfraslara tecrube uchun apardigi tercumeci telebelerdenem. Men sizinle tamamile raziyam. Tercume ixtisasi uzre tehsil alan bir telebe olaraq shifahi tercume sahesinde dilimize tercume olunmush ve umumiyyetle olkemize getirilmish kifayet qeder effektiv dersliklerin olmamasinin eziyyetini cekirem ve bu ishin reallashmasini cox isterem. Size komek ede bilecek insanlarla sizi elaqelendirmek uchun elimden geleni edeceyem

    Ugurlar size

    Hormetle,

    RépondreSupprimer