jeudi 4 avril 2013

Linqvistik düşüncələrim-1



Yeni bir sessiya açıram bloqumda.
Dillər, bu dillərdəki terminlər, mənaların bir dildən başqasına keçməsi zamanı dəyişikliyə uğraması ilə bağlı fikrlərimi bölüşməkdir məqsədim. 

Keçən dəfə Facebook-da İSTEFA sözü ilə bağlı müzakirə oldu dostlar arasında. Orda yazdıqlarımı birləşdirərək bloqa yerləşdirirəm.

                                                                       ----------

Ərəb dilində "səs vermək" mənasını verən ifadənin hərfi tərcüməsi "vedrəsini quyuya atmaq"dır... Yaşam tərzinin dildə formalaşan sözlərə təsiri silsiləsindən (burada: bədəvilərin səhrada susuzluğunu yatırtmaq üçün tapdığı quyudan su çəkməsi = onun siyasi baxışlarına uyğun namizədə səs verməsi).

Hətta İSTEFA sözü də eyni məna daşımır...Ərəblərdə İSTEFA "seçim" deməkdir (Mustafa adı ilə eyni kökdəndir). Peyğəmbərin adlarından biri də Mustafa (seçilmiş) idi.

Dilimizdəi İSTEFA deyə qışqıranda əslində biz o rəhbərdən SEÇİM etsməsini tələb edirik (ərəb dilindəki əsl mənasını nəzərə alsaq). Amma bir çox qərb dillərində bu tam fərqlidir. Məsələn,fransız diində istefa sözünün ekvivalenti "la démission" sözüdür. Latın köklü olan bu sözü parçaladıqda (DE - MISSIOIN) hərfən "missiyasından ayrılma" mənasını verir. Fransızlar İSTEFA tələb etdikdə rəhbəri seçim qarşısında qoymur. Tamamamən getməsini tələb edir. Alman diliində isə "der Rücktritt" sözü istifadə edilir. Bu sözü də analiz etdikdə (Rück = geri, tritt = addım) hərfən "geriyə addım" mənası ilə qarşılaşırıq. Deyəsən almanlar rəhbərin getməsini deyil, "geriyə addım ataraq" səhvini düzəltməsindən və missiyasına davam etməsindən söhbət getmirmi? Xalqların mentaliteti dillərinə heyrətamiz təsir göstərib...


Strazburq

3 commentaires:

  1. Gozel is, tebrik edirem. Ama men bo dillerin çetinliklerini gorende bu ishimden estefa etemek isteyirem :) :) :)

    Sagol Varol gardash

    RépondreSupprimer
  2. Salam Abbasbeyli. Yazdiglariniz chox maraglidir. Amma menim size bashqa bir sualim var. fransiz dilinde argotiques suffixes var. bunlardan birini deyim anch. Victor Hugonun Miserables eserini tercume edibler. melumdu ki hemin eserde Hugo argodan danishib ve boianch, croianch kimi misallar gosterib. azerbaycan diline eseri tercume eden onu içanş, inananş kimi tercume edib. sizce bu duzgun haldirmi? mence tercume edilmeli idi. merci de repondre a ma question.

    RépondreSupprimer
  3. Azerbaycan dilinin tarixi bildiyiniz kimi Orxon-Yenisey abideleri tarixinden bashlayir. O tarixden bu yana nezer salsaq gorerik ki nece defe bizim elifbamiz deyishilib ve bashqasinkilashib. Gah rus, gah ereb, gah fars gah da bugunku avropa dilleri ailesine daxil olub. Heyder Eliyev hakimiyyete gelenden sonra "appostrof" isharesi de yigishdirildi. Bu dilde olan bezi sozleri oxuyub teleffuz etmekde chetinlikler yaradir. Mence bizim dilimiz hech formalashmayib da. Ekser sozlerimizin koku bashqa mena dashiyir ve shekilciler elave olunduqdan sonra sozler deyishir. Bizim lugetimizin deyishilmesie ehtiyac var.

    RépondreSupprimer